24 Şubat 2014 Pazartesi

Hocalı












XOCALI

Könlüm havadan da sanki nəm çəkir,
Gözlərim yollarda, gözüm yol çəkir,
Vətənin torpağı hey məni çəkir, 
Gəlim də, dönməyim, qalım, Xocalı,
Mənə də qoynunda yer ver, Xocalı. 

Gedəmmirəm çətinliklər doludur,
Yollar namərd, haramiylə doludur,
Bu yol ancaq gedər-gəlməz yoludur,
Gəlim də, dönməyim, qalım, Xocalı,
Mənə də qoynunda yer ver, Xocalı. 

Çörəyin yeyənlər çörəyin basdı,
Cavan, qız demədi, öldürdü, asdı,
O gündən bugünə könlündə yasdı, 
Gəlim də, dönməyim, qalım, Xocalı,
Mənə də qoynunda yer ver, Xocalı. 

Sənin "dost" dediyin gədərin yazdı,
Şeytan, iblis kimi quyunu qazdı,
Əzrayılın oldu, əcəlin yazdı
Gəlim də, dönməyim, qalım, Xocalı,
Mənə də qoynunda yer ver, Xocalı. (K.Q.)

Hiç yorum yok:

Yorum Gönder