10 Şubat 2014 Pazartesi

Dibçək Gülləri



Azadlğı əlindən alınmış 
insan kimidir,
dibçək gülləri.
Boylanırlar,
baxırlar
göz yaşını
içlərinə sıxırlar,
dibçək gülləri.
Bir ülvi sevginin fəryadı kimi
səsi içində
sözü içində
alovu-közü içində....
Nağılların zindana salınmış
məhbusu kimi,
Günəşə həsrət
yağışa həsrət
alqışa həsrət
qarğışa həsrət.
Bir ovuc torpaqdan
göyərən həyat,-
dibçək gülləri
(Bünyad Bünyadzadə)

Hiç yorum yok:

Yorum Gönder