13 Aralık 2013 Cuma

Allah İçin Çalışırız


Son zamanlar dindən, tarixdən, tarixi şəxsiyyətlərimizdən "yazan", öz "qiymətli fikirlərini" paylaşanların sayı durmadan artır. Hamı özünü alim sayır... 
Yazdıqlarından isə təfriqə və nifaq üfunəti gəlir... 
Qardaşı qardaşa qarşı "cihada" səsləyən və bununla da dinimizin əsas ehkamı olan "Hər müsəlman digərinə qardaşdır!" prinsipini pozan beyinsiz fanatiklərdən tutmuş, tariximizin parlaq simalarını qarşı-qarşıya qoymaqdan çəkinməyən və özünü "üstün intellektual göstəricilərə malik dahi şəxsiyyət" hesab edən, əslində isə sadəcə gerizəkalı olan "hərşeyşünas"lara qədər.
Nə isə...
Deyilənə görə, bir neçə dərviş Konyada Hz. Mövlananın yanına gələr və «siz Mövləvilər nə edərsiniz, ya Hz. Mövlana?», - deyə soruşarlar. Mövlana "səma" etdiklərinə işarə edərək cavab verər:
- "Allah" deyər, dönərik.
Dərvişlər Konyadan Sulucakarahöyükə gələrək Hacı Bəktaşi Vəliyə Mövlanaya verdikləri sualı və Mövlananın cavabını xatırladaraq, onun da fikrini soruşarlar.
Hacı Bektaşı Vəli, «Biz bir dəfə "Allah" deyincə, bir daha dönmərik»-, deyərək kinayəli bir cavab verər.
Oradan Qırşəhərə keçən dərvişlər Əxi Əvrən sultanı taparlar. Mövlana və Hacı Bektaşla olan söhbətlərini nəql etdikdən sonra eyni sualı ona da yönəldərlər. Əxi Əvrən belə cavab verər:
- Biz, "Allah" deyib çalışarıq.

Hiç yorum yok:

Yorum Gönder